PVC pəncərənin üstünlükləri nələrdir?
- İzolyasiya baxımından taxta və alüminium materiallara nisbətən daha üstündür.
- PVC pəncərələr hava şəraitinə, çürüməyə, korroziyaya və yeyilməyə qarşı davamlıdır.
- Yanğına davamlıdır. PVC pəncərələrin alov alma temperaturu taxta pəncərələrə nisbətən daha yüksəkdir. Bundan əlavə, istilik mənbəyindən uzaqlaşdıqda yanma dayanır və alov irəliləmir.
- PVC pəncərələr yüngüldür və möhkəmliyi olduqca yüksəkdir.
- Cila və boya kimi çətin qulluq tələb etmir.
- Ətraf mühitə dostdur. 100% təkrar emal edilə bilər.
PVC pəncərə insan sağlamlığına zərərlidirmi?
PVC pəncərə sistemləri sərt plastikdən, ekstruder texnologiyası ilə 200°C temperaturda istehsal olunur. Formasını almış PVC-nin otaq temperaturunda karbon bağlarının qırılması mümkün deyil. Bu səbəblə, ətrafa heç bir qaz buraxmır. Üzərində boya və ya cila kimi kimyəvi maddələr olmadığından insan sağlamlığına zərərli deyil.
PVC qapı və pəncərə qoxu verirmi?
Bərk haldakı PVC qapı və pəncərələr otaq temperaturunda heç bir qaz ifraz etmir. Yeni PVC materialın qoxulu olması, istehsal zamanı və ya daşınma əsnasında üzərinə hopmuş qoxudan qaynaqlana bilər. Bu qoxu qısa müddətə keçib gedir. Hava və su keçirməzliyi çox yüksək olduğu üçün bəzən içəridə yaranan qoxular çıxmır. Müntəzəm havalandırma tövsiyə olunur.
Havalandırma niyə vacibdir?
- Otaqda sağlam və təmiz hava dövranını təmin etmək, binanın nəm və rütubətdən zərər görməsinin qarşısını almaq.
- Pis qoxuları aradan qaldırmaq.
- Otaqdakı rütubəti tənzimləyərək kif (göbələk) əmələ gəlməsinin qarşısını almaq.
- Şüşə səthlərində buxarlanma və su damlalarının yaranmaması üçün havalandırma vacibdir.
Pəncərələrdə tərləmə niyə baş verir?
Ətrafımızdakı havada hər zaman müəyyən miqdarda su buxarı mövcuddur. İsti hava, soyuq səthlərlə təmasda olduqda buxarın bir hissəsi soyuyaraq səthdə su damcısı şəklində görünür. Bu tərləmə pəncərənin sızdırmazlıq qabiliyyətinin yüksək olduğunu göstərir.
Profilin seriyası və kameralarının sayı nədir?
PVC profil istehsalçıları müxtəlif ölçü və xüsusiyyətlərə malik profillər istehsal edirlər. Bunların hər birinə “seriya” deyilir. Seriyalar bir-birindən forması, qalınlığı, dayanıqlılığı və izolyasiya keyfiyyətləri ilə fərqlənir.
Kamera sayı, pəncərənin istilik və səs keçirmə qabiliyyətinə təsir edir. kamera sayı artdıqca izolyasiya dəyəri də artır. Lakin təkcə bu kifayət deyil, həmçinin profilin xarici divar qalınlığı və içində istifadə edilən dəstək sacları da performansa təsir edir.
Pəncərələri necə təmizləməliyəm?
Pəncərələrinizi ağ bir bezlə və maye təmizləyici vasitələrlə təmizləyə bilərsiniz. Su axıdıcı dəliklərin vaxtaşırı təmizlənməsi, yağış və digər su sızmalarının qarşısını almaqda kömək edəcək.
Pəncərələrin zəmanət müddəti nə qədərdir?
Pəncərələr üçün qanuni zəmanət müddəti 2 ildir. Bu müddətin başlaması üçün satıcı ilə müqavilə bağlanmalı və zəmanət sənədi alınmalıdır. 2 ildən artıq verilən zəmanətlər istehsalçı və satıcıya məxsusdur.
Gec sökülən qoruyucu təbəqəni qoyduğu izləri necə təmizləmək olar?
Qoruyucu təbəqə pəncərənin daşınma zamanı zərər görməməsi üçün istifadə olunur. Montajdan dərhal sonra çıxarılmalıdır. Gec çıxarıldıqda, günəş və hava şərtləri səbəbilə yapışqan maddə profilin üzərinə keçə bilər. Bu izləri sonradan təmizləmək olmur.
Pəncərələri dəyişmək istəyirəm. Nələrə diqqət etməliyəm?
Pəncərə dəyişdirərkən düzgün seçim uzun illər keyfiyyətli və rahat yaşam deməkdir. Pəncərə yalnız estetik deyil, yağış, qar, külək, səs və istilik kimi xarici amillərdən də evinizi qorumalıdır.
Aşağıdakı amillərə diqqət edin:
- Seçəcəyiniz markanın etibarlılığı və davamlılığı
- İstilik və səs izolyasiya xüsusiyyətləri
- Profilin genişliyi
- Kameralarının sayı
- Conta sayı
- Şüşənin qalınlığı və keyfiyyəti
- Aksesuarların funksionallığı
Bu meyarlara uyğun seçim, sizə etibarlı və komfortlu bir həyat mühiti təmin edəcəkdir.
